Qazimiz qələbənin verdiyi qürurla geri döndü VİDEO

SİYASƏT

09 Dekabr 2020 15:18

Oxunma sayi: 1115
Qazimiz qələbənin verdiyi qürurla geri döndü   VİDEO

“Mən Vətən uğrunda bir əsgər kimi döyüşdüm”. 

 

Baku TV xəbər verir ki, bu sözləri İkinci Qarabağ müharibəsində canı ilə Vətəni qoruyan qazimiz Göygöl rayon Hacıməlik qəsəbə sakini Elvin Ələkbərov bildirib. 

E.Ələkbərov Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edib. Yaxın dostu şəhid olub, özü isə yaralanıb.

Atası, Birinci Qarabağ müharibəsində iştirak edən Şahin Ələkbərov deyib ki, tarixi qələbədə oğlunun da iştirak etməsi, torpaqlarımızın azadlığı uğrunda mərdliklə mübarizə aparması Ələkbərovlar ailəsinə bir başqa qürur yaşadıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!