Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb RƏSMİ

SİYASƏT

31 Oktyabr 2020 10:15

Oxunma sayi: 602
Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb   RƏSMİ

“Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil”.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb:

“Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!