“Qulağınızı kəsərik” – Vəkillər hədələnir, taciklərdən biri isə apellyasiya şikayəti verdi

DÜNYA

28 Mart 2024 15:46

Oxunma sayi: 263
“Qulağınızı kəsərik” –  Vəkillər hədələnir, taciklərdən biri isə apellyasiya şikayəti verdi

Moskvadakı terror aktına görə təqsirləndirilən Aminçon İslamov apellyasiya şikayəti vermək qərarına gəlib.

AzmediA.az bildirir ki, KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə martın 28-də keçirilən məhkəmədə məlumat verilib. Bildirilib ki, Aminçon İslamovun şikayəti məhkəmədə qeydə alınıb.

Xatırladaq ki, Moskvanın Basmannı məhkəməsi 2024-cü il mayın 22-də törədilmiş terror aktında təqsirləndirilən dörd nəfəri həbs edib. Daha sonra Rusiya İstintaq Komitəsi bu iş üzrə daha üç müttəhimin həbsinə çağırıb. Məhkəmənin barələrində həbs qərarı verdiyi Dilovar İslamov, onun qardaşı Aminçon İslamov və atası İsrail İslamov terrorçuları logistika və nəqliyyatla təmin etməkdə ittiham edilib.

Qeyd edək ki, “Dojd” kanalı iddia edib ki, təqsirləndirilən tacikləri müdafiə edən vəkillər qulaqlarının kəsilməsi ilə hədələniblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!