Rusiya MN: “Sülhməramlılar 300 kilometr məsafə qət ediblər” VİDEO

SİYASƏT

12 Noyabr 2020 14:48

Oxunma sayi: 765
Rusiya MN:     “Sülhməramlılar 300 kilometr məsafə qət ediblər”   VİDEO

Rusiya sülhməramlıları Ermənistanın Qoris şəhərinə çatıblar. 

 

REN TV xəbər verir ki, bununla bağlı Rusiya Müdasfiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, rusiyalı sülhməramlılar Erebuni aerodromundan 300 kilometr məsafə qət ediblər. 

Qeyd edək ki, dünən Rusiya sülhməramlılarını daşıyan daha səkkiz təyyarə Ermənistana eniş edib. 

Xatırladaq ki,  noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan birgə bəyanat imzalayıblar. 

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!