Rusiya Qarabağa kinoloq, pirotexnik və psixoloqlardan ibarət yeni sülhməramlı qrup göndərdi VİDEO

SİYASƏT

06 Dekabr 2020 10:39

Oxunma sayi: 965
Rusiya Qarabağa kinoloq, pirotexnik və psixoloqlardan ibarət yeni sülhməramlı qrup göndərdi   VİDEO

Rusiya Qarabağdakı humanitar missiyada iştirak edən qrupların sayını artırır.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, bölgəyə pirotexnika, kinoloq və psixoloqlar göndərilib.

“6 dekabrda Rusiya Fövqəladə Hallar Nazirliyinin bir İl-76 təyyarəsi əlavə xilasetmə qrupu ilə Moskvadan havaya qalxdı.

Səfərə çıxan qrup “Lider” mərkəzinin köpək təlimçiləri, pirotexniklər və minaaxtaranlar, siqnalçılar, Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri və psixoloqlardan ibarətdir”, - deyə Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilib.

Təyyarədə həmçinin rusiyalı mütəxəssislərinin fəaliyyəti üçün lazımi avadanlıq və üç sərnişin avtobusu da var.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!