Rusiya sülhməramlıları ilə bağlı ən vacib məqam Aleksey Makarkin

SİYASƏT

11 Noyabr 2020 23:45

Oxunma sayi: 634
Rusiya sülhməramlıları ilə bağlı ən vacib məqam   Aleksey Makarkin

Rusiyalı tanınmış politoloq, Siyasi Texnologiyalar Mərkəzinin direktor müavini Aleksey Makarkin Qarabağ razılaşması barədə sənədlə bağlı fikirlərini bildirib.


Azmedia.Az-ın Milli.Az-a istinadən məlumatına görə, Aleksey Makarkin bildirib ki, bu sənədlə Ermənistan Qarabağı tamamilə itirib.


O, bunu da qeyd edib ki, Ermənistanın yeganə təsəllisi yerli ermənilərin Qarabağda yaşamaq şansı və kooridorla Ermənistana getmək imkanıdır. Rusiyalı politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə İlham Əliyev qalib və milli qəhrəmandır.


Makarkin Türkiyənin sülhməramlı ştabda yer almasını bu ölkənin Cənubi Qafqazdakı təsir gücünə malik olması ilə izah edib. Politoloq Rusiyanı ermənilərin varlığı üçün yeganı qarant adlandırıb. Eyni zamanda, Ermənistanın sülhə getməkdən başqa alternativinin olmadığını da qeyd edib: "Suriyanın təcrübəsində də göründü ki, sən könüllü dəstələrlə nizamsız birləşmələrə qarşı döyüşə bilərsən, amma raket və pilotsuz təyyarələrə malik müasir ordu önündə gücsüzsən".


Politoloq Şuşanın alınmasının da müharibədə həlledici olduğunu bildirib:


"Sülhməramlılarla bağlı diqqətimi çəkən çox vacib məqamı da qeyd edim. Azərbaycan 5 il başa çatandan sonra birtərəfli qaydada sülhməramlıların fəaliyyətindən imtina edə bilər və müqavilədə ona bu hüququ verən bənd var. Hansı ki, Dnestryanı, Abxaziya və Cənubi Osetiya ilə bağlı imzalanan müqavilələrdə belə bir bənd mövcud olmayıb".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!