Rusiya sülhməramlılarını daşıyan 20 təyyarə İrəvana getdi VİDEO

SİYASƏT

16 Noyabr 2020 12:28

Oxunma sayi: 759
Rusiya sülhməramlılarını daşıyan 20 təyyarə İrəvana getdi   VİDEO

Rusiya hərbi nəqliyyat aviasiyasının iki “An-124” “Ruslan” təyyarəsi və 18 “İl-76” təyyarəsi sülhməramlıları və zirehli texnikaları İrəvan hava limanına aparıb.

 

Bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər yayıb.

“Növbəti 18 ədəd “İl-76” təyyarəsi və Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının iki “An-124” “Ruslan” təyyarəsi 15-ci sülhməramlı briqadanın avadanlığı və heyəti ilə birlikdə Dağlıq Qarabağdakı münaqişə zonasına sülhməramlı əməliyyatda iştirak etmək üçün Ermənistana göndərilib”, - deyə məlumatda qeyd olunur.

Sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ermənistana 58 texnika - zirehli texnika, yük maşınları, tankerlər və ekskavatorlar aparıb.

Qarabağda da Rusiya sülhməramlıları var. Ümumilikdə, qrupda 1 960 silahlı hərbi qulluqçu, 90 zirehli texnika, 380 maşın və digər texnika olacaq.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!