Rusiyadan olan hərbi tibbi heyət Dağlıq Qarabağa yollanıb VİDEO

SİYASƏT

25 Noyabr 2020 15:30

Oxunma sayi: 939
Rusiyadan olan hərbi tibbi heyət Dağlıq Qarabağa yollanıb   VİDEO

Rusiyadan olan hərbi tibbi heyət Xabarovskdan Dağlıq Qarabağa yollanıb.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, RF Şərqi Hərbi Dairəsinin xüsusi təyinatlı tibbi dəstəsinin qüvvələri Rusiya Federasiyasının sülhməramlı kontingentinə tibbi dəstəyin təşkili və humanitar missiya üçün Dağlıq Qarabağa köçürülür.

Nazirlik Dağlıq Qarabağa ümumilikdə 122 hərbi həkim və tibb bacısı, habelə 54 vahid avtomobil və xüsusi texnika, həmçinin, 66 ton zəruri materialın göndərildiyini vurğulayıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!