Rusiyadan Yerevana sülhməramlılar gəlməkdə davam edir

SİYASƏT

11 Noyabr 2020 22:00

Oxunma sayi: 624
Rusiyadan Yerevana sülhməramlılar gəlməkdə davam edir

Bu gün Rusiyadan Yerevana sülhməramlı hərbçiləri daşıyan daha səkkiz təyyarə gəlib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yolsuzluqda hərəkət edə bilən yük avtomobilləri, maddi-texniki təchizat ləvazimatı da gətirilib.

Məlumatda yüklərin boşaldılmasına başlandığı da qeyd olunur: 

“Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil edilib”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!