Rusların ermənilərə verdiyi “Krashuka” PUA ları tuta bilmir

SİYASƏT

29 Oktyabr 2020 11:15

Oxunma sayi: 634
Rusların ermənilərə verdiyi “Krashuka” PUA   ları tuta bilmir

Ermənistana göndərilən silah-sursat arasında Rusiya istehsalı olan “Krashuka-4” elektronik sistemləri də var.

 

Azmedia.Az xəbər verir ki , məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Əbuzər Əbilov sözügedən “Krashuka”ların sovet dövrünə aid olduğunu bildirib:

 

“Krashuka” radioelektronik mübarizə sistemidir. Həmin texnika döyüş ərazisində müəyyən sahələrdə radioelektron mübarizə apara bilən bir qurğudur. Bu qurğu radioelktron texnikaların işinin əngəllənməsi, sisteminin pozulması üçün nəzərdə tutulub. Bu sistem sovet dövüründə yaradılıb, sonradan isə üzərində moderinləşmə işləri aparılıb. Lakin əminliklə deyə bilərəm ki, bu “Krashuka”larla döyüş əməliyyatlarında böyük bir uğur qazanılmayıb. Rusiya hər nə qədər də qəbul etməsə də, ortada ciddi sübutar var ki, Rusiya bu qurğudan Suriya və Liviyada da istifadə edib. Türkiyənin “Bayrakdar” və digər pilotsuz uçuş aparatları “Krashuka”ları Liviya və Suriyada zərərsiz hala salıb. Bu baxımdan, deyə bilərəm ki, Ermənistana hansı ölkə nə silah verirsə də, üstünlük Azərbaycan Ordusundadır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!