Şəhid Cəbrayıl Dövlətzadənin barelyefinin açılışı oldu

SİYASƏT

09 Dekabr 2020 15:10

Oxunma sayi: 1548
Şəhid Cəbrayıl Dövlətzadənin barelyefinin açılışı oldu

Corat qəsəbəsində Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin barelyefinin açılış mərasimi keçirilib.

 

Azmedia.az-ın məlumatına görə, mərasimdə şəhidin yaxınları, qəsəbə ictimaiyyəti, hərbçilər iştirak ediblər.

Tədbirdə Vətən Müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Əsgər Cəbrayıl Dövlətzadə Sumqayıtda doğulub, 19 yaşında idi.

Qeyd edək ki, C.Dövlətzadə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!