Səlcuq Bayraktardan Qarabağda qələbə paylaşımı

SİYASƏT

10 Noyabr 2020 09:40

Oxunma sayi: 999
Səlcuq Bayraktardan Qarabağda qələbə paylaşımı

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraktar Azərbaycan Ordusunun Qarabağda qələbə qazanması münasibəti ilə fikirlərini bölüşüb. 

 

Bu barədə S.Bayraktar “Twitter” hesabında yazıb.

“Zəfəri nəsib edəndə, mütləq zəfər sahibi də Allahdır. Şəhidlərimizin ruhları şad olsun, Rəbbin türkün şanını ucaltsın. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - o bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!