Semyon Peqov Qarabağdan qaçdı

SİYASƏT

20 Oktyabr 2020 14:56

Oxunma sayi: 997
Semyon Peqov Qarabağdan qaçdı

“War Gonzo” layihəsinin müəllifi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dövlət sərhədlərimizi qanunsuz keçmək və terrorçuluğa açıq çağırışlar ittihamı ilə cinayət işi açdığı Semyon Peqov Qarabağdan qaçıb.

 

S.Peqov özünün “Telegram” kanalında bildirdiyinə görə, hazırda o, Rusiyanın Xabarovsk şəhərindədir və orada xüsusi layihə üzərində çalışır.

Abunəçilərinə müraciət edən S.Peqov, Qarabağa qayıtmaq və cəbhədən videolar çəkmək niyyətində olduğunu söyləyib.

Qeyd edək ki, Semyon Peqova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!