Tərtərdə 16 yaşlı Orxan İsmayılzadə erməni təxribatının qurbanı oldu VİDEO

SİYASƏT

24 Oktyabr 2020 18:02

Oxunma sayi: 1217
Tərtərdə 16 yaşlı Orxan İsmayılzadə erməni təxribatının qurbanı oldu   VİDEO

Bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy və Tərtər rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. 

 

Baku TV xəbər verir ki, düşmənin Tərtər rayonunun Kəbirli kəndinə raket atması nəticəsində 16 yaşlı Orxan İsmayılzadə həlak olub. Yeniyetmənin həmin saatda bağda xurma yığdığı bildirilir.  

Bundan başqa, bu gün saat 9 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Qafqaz Yaqubov və Bəylər Şirinova məxsus fərdi yaşayış evlərinə də külli miqdarda ziyan dəyib.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!