Tərtərə düşən raket yarımtikilini dağıtdı VİDEO

SİYASƏT

24 Oktyabr 2020 18:47

Oxunma sayi: 874
Tərtərə düşən raket yarımtikilini dağıtdı   VİDEO

Ermənilər Tərtər rayonunu raket mərmilərindən atəşə tutmağa davam edir. 

 

Baku TV xəbər verir ki, bu gün səhər saatlarında əraziyə atılan raket mərmilərindən biri, havadaca zərərsizləşdirilib. Nəticədə əraziyə düşən zərərsizləşdirilmiş mərmi, yarımtikilini dağıdıb.

Sakinlərin sözlərinə görə, hər kəs öz işi ilə məşğuldur. Heç kim ermənilərin atdığı mərmilərdən qorxmur və yaşayış yerlərini tərk etmir.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!