Türkiyə mətbuatı: “Bayraktar” Ermənistanı vəlvələyə salıb – ermənilər NATO ya yalvarır

SİYASƏT

20 Oktyabr 2020 06:00

Oxunma sayi: 673
Türkiyə mətbuatı:     “Bayraktar” Ermənistanı vəlvələyə salıb – ermənilər NATO   ya yalvarır

Ermənistan hakimiyyəti NATO-ya müraciət edərək "Türk Pilotsuz Uçuş Aparatlarının (PUA) Qarabağda istifadəsinə icazə verməyin" deyə çarəsizcəsinə bildirib.

 

Azmedia.Az xəbər verir ki, bu barədə Türkiyənin Haberler.com saytı yayıb.

 

“Ermənistan tərəfindən işğal olunmuş əraziləri üçün əks-hücum əməliyyat həyata keçirən Azərbaycan cəbhədə qətiyyətli addımlar atır. Böyük bir məğlubiyyətə uğrayan və pilotsuz təyyarələrin qorxusu ucbatından artıq əsgərlərini döyüş meydanında saxlaya bilməyən Ermənistan NATO-ya müraciət edərək “Bayraktar” Pilotsuz Uçuş Aparatlarının Qarabağda istifadəsinə icazə verilməməsini istəyib. İki ölkə arasındakı müharibə 27 sentyabrdan bəri Azərbaycanın cəbhədəki üstünlüyü ilə davam edir. Döyüş bölgəsindəki Azərbaycan Ordusuna qarşı çıxa bilməyən Ermənistan raketlərlə mülki şəxsləri atəşə tutur.

 

Azərbaycan Müdafiə Nazirliyi Füzulidəki uğurlu əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrindən ələ keçirdikləri yerlərin və silahların şəkillərini paylaşıb. Pilotsuz Uçuş Aparatlarının (PUA) gözünə açmayan erməni ordusunun çox sayda tank, zirehli texnika, top, yük maşını və döyüş sursatını tərk edərək qaçdığı görülür. Atəşkəsi ikinci dəfə pozan Ermənistan ordusuna qarşı müdafiəyə başlayan Azərbaycan, erməni qoşunlarını məhv edib. Azərbaycan Müdafiə Nazirliyinin dünən verdiyi açıqlamalarda Ermənistana məxsus 2 döyüş təyyarəsi və PUA-nın vurulduğu bildirilib. Digər tərəfdən dünən Ermənistan üçün strateji əhəmiyyətə malik olan Xudafərin körpüsünə Azərbaycan bayrağı sancıldı. "Soyqırımın qarşısını alın və Qarabağla tanış olun", kimi sözlər ifadə olunub”, - deyə Türkiyə mətbuatının məlumatında qeyd edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!