Türkiyə Milli Müdafiə Nazirliyinin Ağdam təbriki

SİYASƏT

20 Noyabr 2020 11:48

Oxunma sayi: 820
Türkiyə Milli Müdafiə Nazirliyinin Ağdam təbriki

Türkiyə Milli Müdafiə Nazirliyi Ağdam rayonunun 27 ildən sonra işğaldan azad olunması münasibəti ilə Azərbaycana təbrik ünvanlayıb.

 

Türkiyənin hərbi qurumu bununla bağlı özünün “Twitter” hesabından paylaşım edib.

“Qəhrəman Azərbaycan ordusu Qarabağdakı qələbədən sonra edilən razılaşma çərçivəsində Ağdama girdi. Azərbaycan 30 ildən sonra işğal olunmuş ərazilərinə qovuşur. Qarşıdakı dövrdə də Can Azərbaycanın yanında olmağa davam edəcəyik”, - deyə təbrik ismarıcında vurğulanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!