Türkiyə MN: “Azərbaycanın azad edilmiş yaşayış məntəqələrinin sayı 193 ə çatdı”

SİYASƏT

01 Noyabr 2020 16:31

Oxunma sayi: 619
Türkiyə MN:     “Azərbaycanın azad edilmiş yaşayış məntəqələrinin sayı 193   ə çatdı”

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

 

Bu barədə nazirliyin “Twitter” hesabında qeyd olunub:

“Qəhrəman Azərbaycan ordusu cəbhədə gücünü və imkanlarını nümayiş etdirərək işğal altındakı torpaqlarını xilas etməyə davam edir. Uğurlu hücum əməliyyatları ilə Ermənistan ordusundan azad edilmiş yaşayış məntəqələrinin sayı 193-ə çatdı”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!