Türkiyə tanklarının səsi gəlir... Ermənilər qorxu içindədir...

SİYASƏT

22 Oktyabr 2020 20:00

Oxunma sayi: 620
Türkiyə tanklarının səsi gəlir...   Ermənilər qorxu içindədir...

Türkiyə Silahlı Qüvvələri Ankara bölgəsində canlı atışlarla genişmiqyaslı təlimlərə başlayıb.

 

Azmedia.Az xəbər verir ki, bu haqda məlumatı "Anadolu" agentliyi yayıb.

 

“Atəş Sərbəst-2020” adlanan təlimlərdə “Fırtına” özüyeriyən zirehli texnikalar, “Korkut” hava hücumundan müdafiə sistemi və “Kargu” kamikadze pilotsuz təyyarələri və başqa texnikalar iştirak edir.

 

Təlimlər çərçivəsində mindən çox əsgərin iştirakı ilə OMTAS orta mənzilli tank əleyhinə raket sistemləri və Türkiyə istehsalı olan silahlar da istifadə olunur.

 

Təlimlər çərçivəsində 37 fərqli yeni hərbi silah ilk dəfə və uğurla istifadə edilib.

 

Haşiyə: Erməni mediası bu informasiyanı qorxu içində yayaraq bildiriblər ki, təlimlər rəsmi Ankaranın Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi üçün Azərbaycanın ədalətli mübarizədə dəstəyinə dair bəyanatından sonra başlayıb. Manşet şəkili kimi türklərin istehsal etdikləri tankın fotosunu yerləşdiriblər. //Konkret.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!