Türkiyədə saxlanılan rusiyalı jurnalistlər sərbəst buraxılıb

SİYASƏT

07 Dekabr 2020 18:28

Oxunma sayi: 878
Türkiyədə saxlanılan rusiyalı jurnalistlər sərbəst buraxılıb

Rusiyanın NTV kanalının Türkiyədə saxlanılan əməkdaşları sərbəst buraxılıblar.

 

Azmedia.az-ın verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalistlərin sərbəst buraxılması məsələsinin diplomatik kanallarla həll edildiyini bildirib.

“Məsələ diplomatik kanallarla həll olunub” deyə Kremlin sözçüsü Rusiya prezidentinin jurnalistlərin sərbəst buraxılması məsələsinə yardım edib-etməməsi ilə bağlı suala cavabında bildirib.

Qeyd edək ki, Rusiyanın NTV kanalında yayımlanan “Mərkəzi Televiziya” verilişinin əməkdaşları Aleksey Petruşko və İvan Malışkin bir neçə gün əvvəl Türkiyədə saxlanılıblar.

Onların icazə olmadan pilotsuz uçuş aparatları istehsal olunan zavodun görüntülərini çəkdiyi ehtimal olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!