Türkiyənin Azərbaycandakı səfirliyi şəhidlərlə bağlı paylaşım etdi

SİYASƏT

04 Dekabr 2020 09:59

Oxunma sayi: 797
Türkiyənin Azərbaycandakı səfirliyi şəhidlərlə bağlı paylaşım etdi

Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində həlak olan şəhidlərimizə rəhmət, yaralılara isə şəfa diləyib.

 

Səfirlik bununla bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib. 

Paylaşımda qeyd edilir:

“Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həyatını fəda edən 2783 qardaşımızı rəhmətlə anarıq, yaralılara şəfa diləyirik. “İki Dövlət Bir Millət” anlayışı ilə hər zaman Azərbaycanın yanında olacağımızı bir daha təkrarlayırıq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!