Üç gündür acıq, gətirib atıblar bura, gediblər Erməni hərbçilər (VİDEO)

SİYASƏT

26 Oktyabr 2020 21:30

Oxunma sayi: 852
Üç gündür acıq, gətirib atıblar bura, gediblər   Erməni hərbçilər (VİDEO)

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.

 

Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:

 

"Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də bir biri vilayətlərdən (çəkərək göstərir). Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə (söyüş söyür) deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə. Hələ baxın (yeri çəkir).

 

Göründüyü kimi, Azərbaycan Ordusunun qüdrəti qarşısında pərən-pərən düşən erməni hərbçilərini bu cür acınacaqlı duruma düşüblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!