“Vətən yaxşıdır” mahnısının “Xudayar təsnifi” adlandırılmasına xeyir dua verildi

SİYASƏT

09 Dekabr 2020 15:50

Oxunma sayi: 1509
“Vətən yaxşıdır” mahnısının “Xudayar təsnifi” adlandırılmasına xeyir   dua verildi

Xalq artisti Əlibaba Məmmədov müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin “Xudayar təsnifi” adlandırılmasına xeyir-dua verib.

 

Azmedia.az xəbər verir ki, bu barədə xanəndə “ATV Səhər” verilişində danışıb. O bildirib ki, nur üzlü şəhidimiz Xudayar Yusifzadənin xatirəsinə ehtiram əlaməti olaraq nəğmənin adının dəyişdirilməsinə razıdır:

“O adam qanı və canı ilə bizə qulluq edib. Mahnının 60 yaşı var, Allah ona rəhmət eləsin, gözəl insandır, gözəl də oxuyub”.

Xalq artisti Mənsum İbrahimov da qeyd edib ki, bu, qəhrəman şəhidin adının əbədiləşdirilməsi üçün gözəl fikirdir.

Qeyd edək ki, mahnının sözləri qəzəlxan Əliağa Vahidə aiddir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!