XİN dən ölkəmizdə işgəncəyə məruz qaldığını iddia edən erməni əsirlə bağlı AÇIQLAMA

SİYASƏT

31 Oktyabr 2020 17:30

Oxunma sayi: 682
XİN   dən ölkəmizdə işgəncəyə məruz qaldığını iddia edən erməni əsirlə bağlı     AÇIQLAMA

Xarici İşlər Nazirliyi Azərbaycanda işgəncələrə məruz qaldığını iddia edən 85 yaşlı Evgeniya Babayanla bağlı məsələyə aydınlıq gətirib.

 

Azmedia.az-ın məlumatına görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib ki, həmin qadın sonradan fiziki zorakılığa məruz qalıb:

“O, sağlamlıq vəziyyətinin yaxşı olmamasına baxmayaraq, müstəntiq qarşısına çıxarılıb və ona edilən təzyiqlər nəticəsində Azərbaycana qarşı ifadə verib”.

“Biz Ermənistanın növbəti dəfə bu kimi qeyri-humanist addımlarını pisləyirik”, - deyə XİN rəsmisi qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!