Xudayarın son sözləri: “Şəhidlik zirvəsinə də gülə gülə yüksələcəyəm”

SİYASƏT

08 Dekabr 2020 10:42

Oxunma sayi: 1688
Xudayarın son sözləri:     “Şəhidlik zirvəsinə də gülə   gülə yüksələcəyəm”

“Xudayarın dostlarına yazdığı son mesajı mənə göndərdilər. Qardaşım dostlarına deyir ki, inşallah, şəhidlik zirvəsinə gülərək qalxacağam".

 

Bu sözləri Azxeber.com-a açıqlamasında şəhidimiz Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə deyib.

O, qardaşının hər zamana Vətənə bağlı gənc olduğunu deyib:

“Qardaşımız vətəninə, torpağına çox bağlı bir insan idi. Hər zaman pozitivliyi, gülərüzlüyü ilə seçilirdi. Döyüşlərdə olanda da bu pozitivlik ondan əskik olmadı. Hətta qrup yoldaşlarına da göndərdiyi son mesajında deyib ki, inşallah, şəhidlik zirvəsinə gülərək qalxacağam”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!