Yaralı halda əsgərini çiynində daşıyan çavuşumuz: “Düşmən hətta şalvarını soyunub qaçırdı” VİDEO

SİYASƏT

07 Dekabr 2020 17:25

Oxunma sayi: 1026
Yaralı halda əsgərini çiynində daşıyan çavuşumuz:     “Düşmən hətta şalvarını soyunub qaçırdı”   VİDEO

Əslən Kəlbəcər rayonundan olan Şirin Musayevin məcburi köçkün düşən zaman iki yaşı olub. Orta məktəbi bitirəndən sonra hərbçi olmağa qərar verib. Manqa komandiri vəzifəsindək yüksəlib. Vətən müharibəsində mərdliklə döyüşüb. Laçın istiqamətində gedən döyüşlərdə əsgərini xilas edərkən yaralanıb. 

 

Baku TV xəbər verir ki, Şirin Musayev döyüş zamanı ordumuzun ruh yüksəkliyindən, döyüş əzmindən, düşmənin bizdən dəfələrlə zəif olmasından fəxrlə danışır. 

Bu gün qazimiz öz ailəsinin, sevdiklərinin yanına qayıdıb.

Ətraflı Baku TV-nin hazırladığı süjetdə:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!