Yeni erməni nazirin ordu ilə bağlı açıqlaması gündəm oldu VİDEO

SİYASƏT

27 Noyabr 2020 12:34

Oxunma sayi: 3317
Yeni erməni nazirin ordu ilə bağlı açıqlaması gündəm oldu   VİDEO

Ermənistanın yeni iqtisadiyyat naziri Vahan Kerobyan təyinatından öncə verdiyi açıqlama ilə gündəm olub.

 

Azmedia.Az xəbər verir ki, İkinci Qarabağ Müharibəsi zamanı münaqişə zonasına yollanan Kerobyan “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə Ermənistan ordusunun zəif olduğunu etiraf edib.

 

“Bizə vəziyyətlə bağlı çoxlu nağıl danışılıb. Biz fikirləşirdik ki, ordumuz çox güclü və çox böyükdür, ona görə hər şeyi edə bilərik. Ancaq reallığa gəldikdə isə, cəmiyyətdə heç kimin real vəziyyətdən xəbəri yox idi. İndi isə layiq olduğumuz nəticəni əldə etmişik”,- deyə Kerobyan müsahibəsində bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!