Ağalarovun obyektində terroru kimlər törədib? - İlk məlumatlar GƏLDİ - FOTO

DÜNYA

22 Mart 2024 23:23

Oxunma sayi: 4561
Ağalarovun obyektində terroru kimlər törədib? -  İlk məlumatlar GƏLDİ - FOTO

Moskvada "Krokus Siti"də terror aktını törədənlərlə bağlı ilk məlumatlar gəlməkdədir.  

Azmedia.Az xəbər verir ki, hadisə şahidlərindən biri onların 5 nəfər olduğunu bildirib:

"Onlar hazırlanmış və təlim görmüş yaraqlılar kimi davranırdılar. Binaya keçərkən mühafizəçilər və qapılarda dayanan insanlar həlak oldu. Sonra əsas giriş bağlandı.

Terrorçular AKM avtomatları ilə silahlanmışdı. Bəziləri müxtəlif döyüş sursatları daşıyırdı. Hücum edənlərdən ən azı ikisi, ehtimal ki, "Molotov kokteyli" ilə dolu olan bel çantaları daşıyırdılar.//bakupost.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!