Azərbaycanda daha bir “Əhməd“ tapıldı, bir ailəni qana qəltan etdi

ÖLKƏ

22 Mart 2024 09:50

Oxunma sayi: 6019
Azərbaycanda daha bir “Əhməd“ tapıldı, bir ailəni qana qəltan etdi

Bu gecə Azərbaycanda dəhşətli hadisə baş verib.

Hadisə Şəmkir rayonunun Düyərli kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü İlham Hüseynov, 1995-ci il təvəllüdlü Nübar Qənbərli və 1976-ci il təvəllüdlü Şərafət Hüseynova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerlədiriliblər.

Dərhal yaralılara yardım edilib.

Onlardan İ.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, onları ailənin keçmiş kürəkəni bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!