Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO

ÖLKƏ

27 Mart 2024 22:28

Oxunma sayi: 561
Azərbaycanda sabiq nazir vəfat etdi  - FOTO

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib. 

Azmedia.Az Trend.az-a istinadən xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!