Bakıda aktyorun meyiti tapılıb - Beş uşaq atası idi - FOTO

ÖLKƏ

20 Mart 2024 12:12

Oxunma sayi: 5102
Bakıda aktyorun meyiti tapılıb - Beş uşaq atası idi -  FOTO

Bakıda aktyor intihar edib.

Azmedia.Az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi “Zeytun savxozu” adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb. 

Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər.

Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!