“Barselona“ “Real“ın Mbappeni almasına bu transferlə cavab verəcək

İDMAN

27 Mart 2024 19:49

Oxunma sayi: 639
“Barselona“ “Real“ın Mbappeni almasına  bu transferlə cavab verəcək

"Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı transfer etmək istəyir.

AzmediA.az Metbuat.az- a istinadən xəbər verir ki, Kataloniya komandası artıq növbəti mövsüm üçün planlar qurmağa başlayıb. “Mundo Deportivo”nun məlumatına görə, Erlinq Haalandı transfer etməyi planlaşdıran "Barselona" iqtisadi problemləri aradan qaldırmağın yolunu tapıb. Bildirilir ki, “Barselona” ”Camp Nou”nunu istifadəyə verəndən sonra kifayət qədər resurslara sahib olacaq və iqtisadi problemlərini həll edəcək.

Məlumata görə, Robert Levandovski Səudiyyə Ərəbistanından yaxşı təkliflər alıb və “Barselona” futbolçunu getməyə razı salacağı təqdirdə satışdan yaxşı gəlir əldə edə bilər. “Barselona” Erlinq Haaland transferini 2025-ci ildə reallaşdırmaq istəyir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!