Dünya “Qarabağ“ın ulduzundan danışır - Nələr dedilər? - VİDEO

İDMAN

28 Mart 2024 08:32

Oxunma sayi: 587
Dünya “Qarabağ“ın ulduzundan danışır  - Nələr dedilər? - VİDEO

Yassin Benzia Əlcəzair millisinin heyətində ötən gün Cənubi Afrika yığmasına qarşı yoldaşlıq oyununda 2 qol və 1 assistə imza atmışdı.

 "Qarabağ"ın futbolçusunun 3:3 hesabı ilə yekunlaşan oyunda vurduğu akrobatik qolu təqdim etmişdik. 

Azmedia.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Benzia hazırda performansı ilə dünya mətbuatının gündəmindədir:

"Lequipe": Benzia!!! "Qarabağ"ın futbolçusu qayçı zərbə ilə Cənubi Afrikaya qol vurdu. Gecənin ən gözəl qoludur, sözsüz ki,

"Foot Mercato": Yassin Benzia Cənubi Afrikaya qarşı xariqüladə qol vurdu.

FIFA Dünya Kuboku: Yassin Benziadan velosiped zərbəsi.

Afrika Futbol Federasiyası: Yassin Benziaya baş əyin. Milli komandaya dönüşü belə elan edərlər...

"Men in Blazers": İlin qolu Yassin Benziadan. Həm ağlasığmaz, həm də möhtəşəm.

"İnstant Foot": Zlatan İbrahimoviç deyil, Yassin Benziadır.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!