Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

ŞOU BİZNES

28 Mart 2024 08:59

Oxunma sayi: 214
Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi -  FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat".

AzmediA.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev verilişlərin birində deyib.

Sənətçi bahalı hədiyyəni ona qocalar evində çıxış etdiyi üçün verildiyini bildirib:

"Sonra dedilər ki, get Baş Dövlət Yol Polisi İdarəsinə. Orada soruşdular ki, maşın üçün hansı nömrəni istəyirsiniz? Cavab verdim ki, nəslimin bütün üzvlərində olan maşınlarımızın nömrəsi 464-dür. Dedilər ki, yox, ürəyin istəyən digər nömrəni seç. Gördüm ki, burada başqa iş var. "90-KT-900" nömrəsini seçdim. Heç bilmədim avtomobili və nömrəni mənə kim bağışladı. Yalnız onu bilirəm ki, qocalar evində mahnı oxuduğum üçün bunları mənə verdilər. İki-üç il əvvəl isə həmin maşını satdım və indikini aldım".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!