Emin Əmrullayev gənc alimi direktor TƏYİN ETDİ

ÖLKƏ

27 Mart 2024 18:44

Oxunma sayi: 2040
Emin Əmrullayev gənc alimi  direktor TƏYİN ETDİ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialına direktor təyin olunub.

AzmediA.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə ADPU-nun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən bu vəzifəyə Vurğun Rəhim oğlu Məmmədov gətirilib.

Qeyd edək ki, yeni təyinata qədər Vurğun Məmmədov ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosentidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!