“Fənərbağça“ liqada qalmayacaq: Ali Koç 3 seçimi açıqladı

İDMAN

28 Mart 2024 10:24

Oxunma sayi: 311
“Fənərbağça“ liqada qalmayacaq:  Ali Koç 3 seçimi açıqladı

Jurnalistlərlə görüşən "Fənərbaxça"nın prezidenti Ali Koç təəccüblü açıqlamalar verib.

AzmediA.az Offsideplus.az-a istinadən xəbər verir ki, türkiyəli funksioner qarşılarında 3 variant olduğunu bildirib.

O, bütün sponsor şirkətlərlə görüşdüklərini və klubun izləyəcəyi strategiya ilə bağlı razılıq aldıqlarını bildirib. Prezident kreditlərlə bağlı banklarla görüşəcəklərini bildirib:

"Biz anormallığı normallaşdırdığımız üçün bu yerə qədər gəlmişik. Aprelin 2-də konqres üzvlərimizlə bütün imkanları müzakirə edəcəyik. Qarşımızda üç seçim var: "pis, daha pis və ən pis.

1- Aşağı liqaya düşmək.

2- Futbol fəaliyyətlərini bir müddət dayandırmaq.

3- Xaricdə komanda almaq.

Seçimlərin konqresdə dəqiqləşdiriləcəyini bildirən Ali Koç, “Hansını indi edəcəyimizi dəqiq deyə bilmərəm, amma heç bir şey olmamış kimi davranmayacağımıza zəmanət verirəm” dedi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!