“Krokus” terrorunda şübhəli bilinən Ruslan Nəzərov kimdir? - VİDEO

DÜNYA

23 Mart 2024 14:12

Oxunma sayi: 11409
“Krokus” terrorunda şübhəli bilinən Ruslan Nəzərov kimdir?  - VİDEO

“Krokus” terrorunda şübhəli bilinən Ruslan Nəzərov  tutulub.

Azmedia.Az xəbər verir  ki, bu barədə Baza Telegram kanalı yazır.

Kişi martın 23-də səhər saatlarında axtarışlarda  onun şəklini görəndən sonra özü polisə gəlib.

Onun sözlərinə görə, martın 22-də axşam saatlarını Samarada qohumlarının evində keçirib.

Şübhəlinin sözlərini bacısı da təsdiqləyib.

Həmin şəxsin şübhəlilər siyahısına salınması onun terrorçuların istifadə etdiyi Renault Signal avtomobilinə sahib olması ilə bağlıdır. Halbuki bu avtomobil onlara iki il əvvəl satılıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinə “Krokus”da terror aktında şübhəli bilinən bütün şəxslərin saxlanılması barədə məlumat verilib.

Martın 22-də axşam saatlarında Krasnoqorskdakı Crocus City Hall konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!