Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)

ÖLKƏ

28 Mart 2024 09:56

Oxunma sayi: 234
Lənkəranda faciə:  Ata və oğul öldü (FOTOLAR)

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzmediA.az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

"VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!