“Xəzər Lənkəran“la bağlı şad xəbər - Seçimlərə başlandı

İDMAN

28 Mart 2024 09:47

Oxunma sayi: 695
“Xəzər Lənkəran“la bağlı şad xəbər -  Seçimlərə başlandı

"Xəzər Lənkəran"ın böyük futbola dönüşü reallığa çevrilir.

AzmediA.az xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən ay stadionunu təmirə bağlayan cənub təmsilçisi arena üçün texniki işçilərin seçiminə start verib. 

Hələlik tikinti işlərinə cəlb olunacaq ixtisaslı texniki işçilər axtarılır. Daha sonra tikinti işləri davam etdikcə, əlavə işçi qüvvəsi cəlb olunacaq. Stadionda rəhbərliyin kim olacağı müəyyənləşməsə də, hələlik işlərə "Palmali"nin Bakı ofisinin nəzarət edəcəyi dəqiqləşib.

Qeyd edək ki, "Xəzər Lənkəran" 2016-cı ildə fəaliyyətini dayandırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!