Yaxın günlərdə hava necə keçəcək? - Gülşad Məmmədova AÇIQLADI

ÖLKƏ

27 Mart 2024 18:53

Oxunma sayi: 1875
Yaxın günlərdə hava necə keçəcək? -  Gülşad Məmmədova AÇIQLADI

"Mart ayı dəyişkən hava şəraiti kimi xarakterizə olunur və keçid dövrüdür. Artıq bir neçə gün, dünən də, bu gün də sabit hava şəraiti müşahidə olunsa da, bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunur".

AzmediA.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova son günlər əlverişsiz keçən hava şəraitdən danışarkən deyib.

Onun sözlərinə görə, temperatur da artıq yüksəlib:

"Biz hava haqqında faktiki məlumatı da dünən verdik. Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respubikasında 17 dərəcəyədək, bölgələrdə 21 dərəcə temperaturun yüksəlməsi qeydə alınıb. Bu gün də və yaxın günlərdə sabit, yağmursuz hava şəraiti gözlənilir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!