25 il əvvəl terror aktından sağ çıxan bacılar “Crocus City Hall“da həlak oldular - FOTO

DÜNYA

28 Mart 2024 17:58

Oxunma sayi: 568
25 il əvvəl terror aktından sağ çıxan bacılar “Crocus City Hall“da  həlak oldular - FOTO

"Crocus City Hall"da terror aktında həlak olan Anna və Tatyana Makarski bacılarının 25 il əvvəl terror aktından sağ çıxdıqları məlum olub.

AzmediA.az bildirir ki, Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Məlum olub ki, bacılar 1999-cu il 16 sentyabr tarixində Rostov vilayətinin Volqadonsk şəhərində baş verən partlayışdan sağ çıxıblarmış. Həmin vaxt partlayış nəticəsində 19 nəfər həlak olmuş, 89 nəfər xəsarət almışdı.

Bildirilib ki, o vaxt Annanın 17, bacısı Tatyananın isə 9 yaşı olub. Onların Qaqarin küçəsindəki evləri partlayışın episentrindən 70 metr məsafədə yerləşirmiş.

Yaxınları bildirib ki, 1999-cu ildəki partlayış nəticəsində Makarskilərin evinin bütün şüşələri sınmış, bütün ailə xəsarət almışdı.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!