Üç nəfərə VƏZİFƏ VERİLDİ

ÖLKƏ

28 Mart 2024 18:44

Oxunma sayi: 618
Üç nəfərə  VƏZİFƏ VERİLDİ

Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə prorektor vəzifəsinə yeni təyinatlar olub. 

AzmediA.az xəbər verir ki, bu barədə Gundem.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Belə ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Ətrabə Gül Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr üzrə, Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə və Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!