Media və Yayım Şurasında yeni təyinatlar – SƏDR VƏ ÜZVLƏR
Media və Yayım Şurasına yeni sədr və üzvlər təyin edildi
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının rəhbərliyi və üzvləri ilə bağlı yeni təyinatlar həyata keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib.
Sərəncama əsasən, aşağıdakı şəxslər Şuranın üzvləri müəyyənləşdirilib:
Məhəmməd İzzət oğlu Abdullayev
Aynur Əliövsət qızı Bəşirli
Rəqsanə Tofik qızı Kərimova
Fərhad Rauf oğlu Məmmədov
İlkin İlqar oğlu Nadirov
Fazil Hacıverdi oğlu Novruzov.
Qeyd edək ki, təyinatla bağlı Sərəncam 8 sentyabr 2026-cı il tarixində imzalanıb.


