Yevlaxda iki “Mercedes” toqquşdu: Yaralananlar var - FOTOLAR
Yevlaxda iki “Mercedes” toqquşdu, yaralananlar var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, yol qəzası Havarlı kəndi yaxınlığından keçən avtomobil yolunda baş verib.
Belə ki, “Mercedes” markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yolun müxtəlif istiqamətlərinə düşüb.
Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan iki nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


