İmişlidə dəhşətli ağır qəza baş verdi - VİDEO
İmişli rayonunda pambıq daşıyan yük avtomobilinin və traktorun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitələri güclü zərbədən tamamilə deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşüb, əraziyə isə külli miqdarda pambıq və yük dağılıb. Qəzanın şiddətli olmasına baxmayaraq, xoşbəxtlikdən hadisə zamanı ölən və ya ağır xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.//nocomment


