Ağ Evdə GÖZLƏNİLMƏZ İSTEFA: Yüksəkvəzifəli məmur postunu tərk edir
Ağ Ev administrasiyasında yüksəkvəzifəli kadr dəyişikliyi gözlənilir. Kibertəhlükəsizlik sahəsinə rəhbərlik edən Şon Kernkross vəzifəsindən ayrılmaq qərarına gəlib.
Azmedia.Az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Kernkross istefa qərarını şəxsi təşəbbüsü ilə verib. Onun bu addımının ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə mövcud fikir ayrılıqları ilə əlaqəli olmadığı qeyd olunur.
Məlumata əsasən, vəzifədən hazırda ayrılmasının başlıca səbəbi yeni namizədin yanvarın 3-dək Senat tərəfindən təsdiqlənməsinə şərait yaratmaqdır. Həmin tarixdən etibarən Konqresin yuxarı palatasına nəzarət Demokratlar Partiyasına keçəcək.
Qeyd edək ki, son günlər ABŞ-nin bir sıra dövlət qurumlarında və iri şirkətlərində texniki problemlər qeydə alınıb. Milli Təhlükəsizlik Agentliyinin daxili kompüter şəbəkəsində nasazlıq yaranıb. Federal Aviasiya Administrasiyasının rabitə sistemində baş verən problem isə ölkə üzrə uçuşların dörd saatdan artıq müddətə dayandırılması ilə nəticələnib.
Noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, demokratlar Konqresin hər iki palatasında çoxluq əldə ediblər. Yeni Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.



