Azər Zahidlə bağlı ŞOK QƏRAR: Ölkədən çıxışına STOP qoyuldu – 7 557 manatlıq BORC!

Azər Zahidlə bağlı ŞOK QƏRAR: Ölkədən çıxışına STOP qoyuldu –

Tanınmış aparıcı Azər Zahidin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Azmedia.Az xəbər verir ki, bu barədə noyabrın 24-də bir sıra yerli media orqanları Xitab24.az-a istinadən məlumat yayıb.

Məlumata görə, bununla bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

Ərizədə fiziki şəxs kimi fəaliyyət göstərən İsmayılov Azər Zahid oğlunun dövlət büdcəsinə ümumilikdə 7 557,97 manat vergi borcunun olduğu qeyd edilib.

Dövlət qurumu həmin borcun ödənilməsini təmin etmək məqsədilə aparıcının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarının qəbul edilməsini istəyib.

Məlumata əsasən, məhkəmə vergi orqanının müraciətini təmin edib. Qərara görə, Azər Zahidin ölkədən çıxışına vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudiyyət qoyulub. 

 

Qeyd edək ki, ölkədən çıxış hüququnun məhdudlaşdırılması vergi borcunun ödənilməsini təmin etmək məqsədi daşıyan müvəqqəti tədbirdir. Öhdəliklər yerinə yetirildikdən sonra müvafiq məhdudiyyətin aradan qaldırılması mümkündür. u