Türkiyəli məşhur aktyor xəstəxanalıq oldu – Həkimlərdən TƏCİLİ ƏMƏLİYYAT QƏRARI!

Türkiyəli məşhur aktyor xəstəxanalıq oldu – Həkimlərdən TƏCİLİ ƏMƏLİYYAT QƏRARI!

Türkiyənin tanınmış sənətçilərindən biri səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib. Onun bu gecə əməliyyat olunacağı bildirilir.

Azmedia.Az xəbər verir ki, Türkiyəli müğənni və aktyor Yavuz Bingöl öd kisəsində aşkarlanan daş səbəbindən xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az-ın NTV-yə istinadən yaydığı məlumata görə, sənətçi hazırda İstanbulda yerləşən Başkent Universiteti Altunizade Xəstəxanasında müalicə alır.

Xəstəxanada aparılan müayinələrdən sonra həkimlər onun öd kisəsinin cərrahi yolla çıxarılmasına qərar veriblər. Əməliyyatın gecə saatlarında həyata keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Yavuz Bingöl iyul ayında Malatyada keçirilməsi planlaşdırılan konsertini də öd kisəsi ilə bağlı səhhətində yaranan problemə görə ləğv etmişdi. Həmin vaxt sənətçi sağlamlıq vəziyyətinin ciddi olmadığını və öd kisəsini əməliyyat yolu ilə çıxartdırmağı planlaşdırdığını açıqlamışdı.