Əkiz bacılar bir kişini seçdi: “Qısqanmırıq, onunla birlikdə ailə quracağıq” – SƏBƏBİ TƏƏCCÜBLƏNDİRDİ

Əkiz bacılar bir kişini seçdi: “Qısqanmırıq, onunla birlikdə ailə quracağıq” –

Avstraliyada yaşayan Anna və Lüsi DeSink adlı əkiz bacıların şəxsi həyatı və qeyri-adi münasibətləri diqqət çəkib. Onlar 9 ildən artıqdır eyni kişi ilə münasibətdə olduqlarını bildiriblər.

Azmedia.Az xəbər verir ki, bacılar özlərini yalnız birlikdə tam hiss etdiklərini və həyatlarında heç nəyi bir-birindən ayrı görmək istəmədiklərini deyirlər. Onların münasibətdə olduğu Ben adlı şəxs hər iki bacıya eyni vaxtda sevgisini etiraf edib və onlara eyni üzük hədiyyə edib. Bu incə jest bacıların gözündə Beni evlilik üçün layiqli namizədə çevirib. Anna və Lüsi onunla evlənmək istədiklərini, eyni zamanda yaxın gələcəkdə ana olmağı arzuladıqlarını bildiriblər.

Bacılar münasibətləri barədə danışarkən bir-birlərini və Beni qısqanmadıqlarını vurğulayıblar:

“Biz bir-birimizi, Beni qısqanmırıq. İstəyirik ki, eyni vaxtda hamilə qalaq. Bunun üçün süni mayalanma etdirmək fikrimiz də var”.

Qeyd edək ki, əkiz bacıların bu seçimi və bir-birlərinə bağlılığı bir neçə televiziya proqramında müzakirə mövzusu olub.