Nadir xəstəliklərin müalicəsində yenilik: 3 yeni dərman siyahıya əlavə edildi

Nadir xəstəliklərin müalicəsində yenilik:

Azərbaycanda nadir xəstəliklərin müalicəsi istiqamətində istifadə olunan dərman preparatlarının əhatə dairəsi genişləndirilib.

Azmedia.Az xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin imzaladığı yeni qərarla spesifik müalicə tələb edən və nadir hallarda rast gəlinən xəstəliklər zamanı tətbiq olunan dərman vasitələrinin müvafiq siyahısına üç yeni preparat daxil edilib.

Qərarla siyahıda yer alan yeni dərmanlar və onların beynəlxalq patentləşdirilmiş adları belədir:

Kuvan (Kuvan) – beynəlxalq patentləşdirilmiş adı Sapropterindir. Preparatın marketinq və dövlət qeydiyyatı haqqında vəsiqəsinin sahibi Biomarin şirkətidir.

Diterin (Sapropterin Difarma) – bu preparatın da beynəlxalq patentləşdirilmiş adı Sapropterin olaraq göstərilib. Dərmanın vəsiqə sahibi Dipharmadır.

Steksli (Ctexli) – preparatın beynəlxalq patentləşdirilmiş adı **Chenodiol (chenodeoxycholic acid)**dir. Dərmanın vəsiqə sahibi Mirum Pharmaceuticalsdır.

Yeni qərardan sonra nadir və spesifik müalicə tələb edən xəstəliklər zamanı istifadə edilən preparatların siyahısına əlavə üç dərman daxil edilmiş olub.